"Pasha Holding" MMC "Paşa Technology" MMC-nin nizamnamə kapitalının artırılmasına 3,1 mln. manat (1,8 mln. ABŞ dollarından çox) yatırıb. Bu barədə Azərbaycanın biznes registrində bildirilir.
"Paşa Technology" MMC bu il iyulun ortalarında təsis edilib. Təsisçinin ilkin ödəniş məbləği 100 manat təşkil edib.
Bu yaxınlarda Şərif Şıxlinski şirkətin direktoru təyin edilib. Bundan öncə o, müxtəlif İKT şirkətlərdə (Cisco, AzInTelecom, NovaCom Group, Microsoft) çalışıb.
"Paşa Technology" ana şirkət "Pasha Holding" MMC strukturuna daxil olan şirkətlər üçün İT-xidmətləri göstərir. İnvestisya şirkəti maliyyə, tikinti, daşınmaz əmlak, xidmət və s. sahələrdə çalışan onlarla şirkəti birləşdirir.
marja.az