Pakistan kriptovalyutalara qadağa qoyur | Banco.az

Pakistan kriptovalyutalara qadağa qoyur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pakistan kriptovalyuta xidmətlərini qadağan edəcək.

Banco.az xəbər verir ki, Pakistanın Gəlir və Maliyyə nazirinin müavini Ayşe Qus Paşa qeyri-qanuni rəqəmsal pul köçürmələrinin qarşısını almaq üçün internet vasitəsilə icra edilən kriptovalyuta xidmətlərinin qadağan ediləcəyini bildirib.

Paşa bu barədə Senatın Daimi Maliyyə Komitəsinin iclasında açıqlama verib.

O bildirib ki, Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Maliyyə Fəaliyyəti İşçi Qrupunun (FATF) şərtlərinə əsasən, qeyri-qanuni rəqəmsal pul köçürmələrinin qarşısını almaq üçün kriptovalyuta xidmətləri qadağan ediləcək.

Pakistan Mərkəzi Bankı və İnformasiya Texnologiyaları Nazirliyinin kriptovalyutaların qadağan edilməsi ilə bağlı işlər həyata keçiridiyini vurğulayan Paşa "İslamabad heç vaxt kriptovalyutaları leqallaşdırmayacaq", deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Pakistan Mərkəzi Bankı 2018-ci ilin aprelində kriptovalyuta ticarəti və mayninqini qadağan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram