Bəzən elə olur ki, qarşımıza müəyyən bir məqsəd qoymağımıza baxmayaraq bu məqsədə nail olmaq üçün biz şəxsi motivasiya tapa bilmirik. Biz məqsədin vacibliyini anlayırıq, gözlədiyimiz bonusların siyahısını bilirik, lakin özümüzü işləməyə məcbur edə bilmirik. Bu məqalədə biz sizə özünüzü neçə motivasiya edə biləcəyiniz haqqında tövsiyyələri təqdim edəcəyik:
Özünüzü pozitiv şeylərə kökləyin. Pessimistlər özlərini daha çətin motivasiya edirlər. Yeni uğurlar və nailiyyətlər onlara sevinc bəxş etmir. Optimistlər isə yeni qalibiyyətlərə can atırlar, asanlıqla yeni tanışlıqlar qururlar. Onlar sabahkı günə ümid ilə yanaşdıqları üçün özlərini işə motivasiya edə bilirlər.
Sevdiyiniz işlə məşğul olun. Əgər siz həqiqətən də işinizi sevirsinizsə, sizin motivasiyaya ehtiyacınız yoxdur. Bu xüsusilə sizin işinizin ilkin mərhələlərində vacibdir, çünki bu zaman yeni işinizdən gözlədiyiniz qədər mənfəət əldə etmirsiniz.
Mütəmadi olaraq fəaliyyət sahənizi dəyişin. Fəaliyyət sahənizi dəyişmək istirahətin ən yaxşı növüdür. Biz sevdiyimiz fəaliyyətlə məşğul olduğumuz halda belə, bəzən elə olur ki, özümüzü işləməyə məcbur edə bilmirik. Belə olduğu halda diqqətinizi başqa nə iləsə dağıtmağa çalışın. Əgər siz məqalələr yazırsınızsa, idman zalına gedin və yaxud internetdə layihə aparırsınızsa, brauzerinizi bağlayın və ev işlərinizi görün.
Həyatınızı asanlaşdırın. Özünüzü motivasiya etmək üçün artıq olan hər şeyi həyatınızdan çıxarın. Siz yaşadığınız hər günün dəyərini, mənasını dərk etməlisiniz.
İdmanla məşğul olun. İdman edərkən bizim bədənimizdə endorfin -“sevinc hormonu” ifraz olunur. Özünüzü işə asanlıqla və tez zamanda motivasiya etmək üçün səhərlər qaçmağa başlayın və yaxud üzgüçülük ilə məşğul olun.
Sizi motivasiya edən filmlərə baxın. Tədqiqatçıların fikirinə görə, optimistik filmlər onkoloji xəstəliklərə qalib gəlməyə yardım edirlər. «Forest Qamp», «Göylərə qədər», «Arzular hara aparır?» kimi filmlər insanları fəal fəaliyyətlərə təşviq edirlər.
Qidalanmanıza diqqət edin. Özünüzü işə necə motivasiya edəcəyiniz haqqında düşünün, öz vərdişlərinizə və həmçinin qida prinsiplərinizə diqqət yetirin. Təzə tərəvəzlər və meyvələr qəbul edin, təmiz su için.
Stereotiplərdən imtina edin. Siz öz həyatınızdan televizoru, sarı mətbuatı, boş söhbətləri və başqa insanların ünvanına tənqidi çıxarsanız, qısa bir zamanda özünüzü motivasiya etməyi öyrənəcəksiniz.
Özünüzə səhv edə bilmək haqqını verin. Bəzi insanlar uğursuzluq yaşayacaqlarından qorxaraq özlərini motivasiya etməyə çalışmırlar. Lakin unutmayın ki, uğursuz hesab edilən fəaliyyət sizin üçün dəyərli bir təcrübədir.
Öz üzərinizdə işləyin. Şəxsi inkişafınız üçün sizi maraqlandıran materialları öyrənin, təlimlərə gedin, öz sahənizdə bir məsləhətçi ilə çalışın. Bu cür insanlarla ünsiyyət sizi işləməyə motivasiya edəcək.
Mənbə: http://www.meslehetdir.com/ozumuzu-ise-nece-motivasiya-edek