Ötən il kreditlər üzrə faizlərin ödənilməsinə 1,2 mlrd. manat sərf edilib | Banco.az

Ötən il kreditlər üzrə faizlərin ödənilməsinə 1,2 mlrd. manat sərf edilib

2015-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7% artaraq 41,7 mlrd. manata çatıb.

Banco.az  Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4 380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb.

Bu dövrdə gəlirlərin 72,1%-i (30 mlrd. 65,7 mln. manat) son istehlak xərclərinə, 9,1%-i (4 mlrd. 286,1 mln. manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i (1 mlrd. 209,3 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9%-i (7 mlrd. 488,9 mln. manat) isə yığıma yönəldilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 mlrd. manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,6% çox vəsait qalıb.