Ötən il dünyada ərzaq qiymətləri 10 faiz ucuzlaşıb | Banco.az

Ötən il dünyada ərzaq qiymətləri 10 faiz ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2023-cü ildə qlobal ərzaq qiymətləri 10 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qida məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksinin ötən ili 2022-ci ildəki səviyyəsindən təxminən 10 faiz aşağı başa vurduğunu açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dekabr ayında şəkər qiymətlərindəki ucuzlaşmasının təsirindən qlobal ərzaq qiymətlərinin 1,5 faiz azaldığını bildirib.

FAO-nun bəyanatına görə, Ərzaq Qiymətləri İndeksi dekabr ayında əvvəlki ayla müqayisədə 1,5 faiz, 2022-ci ilin dekabr ayı ilə müqayisədə isə 10,1 faiz azalaraq orta hesabla 118,5 punkt təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, indeks 2023-cü il üzrə ümumilikdə əvvəlki ilin orta dəyərindən 13,7 faiz aşağı hesablandığı halda, sözügedən dövrdə yalnız şəkərin beynəlxalq qiymət indeksi əvvəlki ilə nisbətən artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram