Banco.az olaraq, bu həftə portalımızda oxucuların ən çox marağına səbəb olmuş yazıları müəyyənləşdirdik. Bu beşliyi, məqalələrimizi yenidən gözdən keçirmək istəyənlər və daha əvvəl oxumaq imkanı olmayanlar üçün təqdim edirik. Qeyd edək ki, hər həftə bu ənənəni davam etdirərək, son yazılarımızdan ən çox ajotaj yaradanları sizinlə yenidən bölüşəcəyik.
1. Əcnəbilər tərəfindən idarə olunan banklarımız
Azərbaycanda fəaliyyət göstərən bir sıra aparıcı banklara xarici vətəndaşlar rəhbərlik edir. Bu banklar əsasən kapitalını xarici vəsait hesabına formalaşdıran və ya xarici bankların törəmə banklarıdır. CEO-ları əcnəbilər olan banklara...
2. AccessBank sahibkarlara güzəştli kreditlər təklif edir
Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlığa başlayan AccessBank manatla və güzəştli faiz dərəcəsi ilə kreditlər təklif edərək mikro, kiçik və orta biznes müəssisələrinə dəstəyi genişləndirəcək.
3. "10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik"
NIKOYL|Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamaza : "Ümumi problemləri nəzərə almasaq, bu il biz 10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik, bu da, əvvəlki ilə nisbətən ikiqat çoxdur."
4. Elman Rüstəmov: Mərkəzi bankın anbarına milyardlarla manat yığılır
“Əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verir. İnsanlar dollar almağa milyardlarla manat xərcləyir və sonra valyutanı yastığın altına qoyurlar. Bu dollar kütləsi iqtisadiyyata heç cür xidmət etmir, eynilə Mərkəzi Bankın anbarlarına yığılan manat kütləsi kimi”
5. Banklarımızda kütləvi ixtisarlar başlanır
Azərbaycanın bank sektorunda ciddi ixtisarlara başlanıb.
6. Unibank-ın İdarə Heyətinin üzvü iri qeyri-maliyyə holdinqində
Unibank-ın İdarə Heyətinin üzvü indi öz karyerasını iri qeyri-maliyyə holdinqində yüksək rəhbər vəzifədə davam etdirəcək.