Banco.az olaraq, ötən həftə portalımızda oxucuların ən çox marağına səbəb olmuş yazıları müəyyənləşdirdik. Bu beşliyi, məqalələrimizi yenidən gözdən keçirmək istəyənlər və daha əvvəl oxumaq imkanı olmayanlar üçün təqdim edirik. Qeyd edək ki, hər həftə bu ənənəni davam etdirərək, son yazılarımızdan ən çox ajotaj yaradanları sizinlə yenidən bölüşəcəyik.
1. Bank sektorunda vəziyyətin getdikcə gərginləşməsi artıq heçkəsdə şübhə doğurmur və bir sıra banklar artıq bəzi əməkdaşlar ilə yollarını ayırır. İndiyə qədər öz stabilliyi və yüksək gəlirliyi ilə seçilən sektor sanki hazırda tufandan öncəki sakitliyə qərq olub. Mövcud vəziyyətlə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənməyə çalışdıq.
Bank sektorunda yüksək maaşlar erası başa çatırmı?
2. İşsizlik hazırda gənclərimizin üzləşdiyi ən böyük problemlərdən biridir. Bunun səbələrindən biri də rəqabətli mühitin olmasıdır. Əvvəlki illərlə müqayisədə ali təhsil müəssisələrini bitirənlərin sayında xeyli artım müşahidə olunur. Sözsüz ki, bu da vakansiyaya qəbul olmaq şansını azaldır. Həmçinin bakalavr təhsili ilə yanaşı magistr pilləsini bitirənlərin də sayı az deyil. Əgər rəqibləriniz təhsilini xarici ölkələrdə alıbsa onda yaxşı iş üçün şansınız bir qədər də azalır. Təbii ki, dil biliklərinin çoxluğu da üstünlükdür. Indi demək olar ki, hər 10 gəncdən birinin xarici dil sertifikatı və ya 3-cü xarici dil biliyi var. Lakin hələ geri çəkilmək zamanı deyil. Təklif etdiyimiz ip-ucularına əməl etməklə arzuladığınız işə qovuşa bilərsiniz.
Arzuladığınız işi tapmağın 5 qızıl qaydası
3. Indiyə qədər 100-dən çox ünvana CV göndərmisiniz, amma cavabsiz qalıb? Bəlkə bunun səbəbləri elə CV-dədir. Nələri səhv etdiyinizi bilməyincə, eyni səhvi dəfələrlə təkrarlayacaqsınız. Yaxşı olar ki,CV-lərlə bağlı məsləhətlərimizə əməl edəsiniz:
CV-nizin cavabsız qalmasının 9 səbəbi
4. Mərkəzi Bank kreditlərin rəsmiləşdirilməsində tutulan komissiya haqqının 1%-ədək məhdudlaşdırılması ilə bağlı qərar verib. Bəs banklar bu qərara riayət edirmi? Banklarımızda nağd pul krediti üzrə nə qədər komissyon haqqı tutulur?
Komissiya faizləri Mərkəzi Bankın qərarından sonra necə dəyişdi? (araşdırma)
5. “DəmirBank” tələbələr üçün nəzərdə tutulmuş “Yay Təcrübə Proqramı”na start verib. Tələbələr təcrübə müddətində dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və gələcək karyeralarında böyük nailiyyətlər əldə etmə imkanına sahib ola biləcəklər.