Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay Türkiyəyə gələn turistlərin sayı 2,1 faiz artaraq 2 milyon 47 min 27 nəfərə çatıb.
Banco.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi yanvar ayı üzrə turizm statistikasını dərc edib.
Məlumatlar göstərir ki, Türkiyə 2024-cü ilin yanvar ayında 2 milyon 47 min 27 xarici ziyarətçi qəbul edib. Ötən ilin eyni ayında gələn turistlərin sayı 2 milyon 6 min idi.
2023-cü ili turizmdə rekord göstərici ilə başa vuran Türkiyədə yanvar ayında gələn turist sayında artım 2,1 faiz olub.
Yanvarda ölkəyə gələn 2 milyon 47 min nəfərdən 16 min 345 nəfəri bir günlük səfər edənlərdən ibarət olub. 2024-cü ilin yanvar ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya 11,26 faiz və 230 min 579 nəfərlə birinci, İran isə 10,35 faiz və 211 min 801 nəfərlə ikinci yerdədir.
Bu ölkələri müvafiq olaraq Bolqarıstan, Almaniya və Gürcüstan izləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!