Azərbaycana maşın idxalının azalması bir neçə səbəblə bağlıdır, bura ilk növbədə avtomobillərin kreditlə satışında qoyulan məhdudiyyət aiddır
Dövlət Gömrük Komitəsinin məlumatina görə, bu ilin yanvar ayında Azərbaycana 6 477 ədəd avtomobil idxal olunub.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır. Əvvəlki dövrlərdə olduğu kimi gətirilən maşınların çoxunu minik avtomobilləri təşkil edib. Ölkəyə maşın idxalının azalması bir neçə səbəblə bağlıdır. Bura ilk növbədə avtomobillərin kreditlə satışında qoyulan məhdudiyyət aiddır. Çünki satışla məşğul olan şirkətlər əsasən kredit üsulundan istifadə edirdilər. İndi isə bu mümkün olmadığından, yaxud qaydalar həddən artıq sərtləşdiyindən gətirilən maşınların sayı azalıb. Üstəlik avro-4 standartının tətbiqi də idxalı azaldıb. Baxmayaraq ki, bu standartın tətbiqinə hələ apreldə başlanacaq, insanlar artıq köhnə maşınları ölkəyə gətirmirlər.
anspress.com