Ölkə əhalisinin təqribən 60%-i bank müştərisidir! | Banco.az

Ölkə əhalisinin təqribən 60%-i bank müştərisidir!

Azərbaycanda bank müştərilərinin sayı 2018-ci ilin mart ayına 5 milyon 961 min təşkil edir. Onun 5 milyon 870 mini fiziki şəxslərə, 91 mini isə hüquqi şəxslərə məxsusdur.

Bank müştəriləri

Sayı

(min, nəfər)

Faizlə ifadəsi

Sahibkarlıqla məşğul olan fiziki şəxslər

238

4%

Sahibkarlıqla məşğul olmayan fiziki şəxslər

5632

94%

Cəmi fiziki şəxslər

5870

98%

Hüquqi şəxslər

91

2%

 

 

Bu göstərici 2018-ci ilin yanvarı ilə müqayisə də  3% daha çoxdur. Belə ki, 2018-ci ilin yanvarında bank müştərilərinin sayı 5 milyon 815 min olmuşdur.

 

Əgər 4 illik trend üzrə dinamikaya nəzər salsaq 2015-ci ilin mart ayından 2018-ci ilin mart ayına bank müştərilərinin sayı 16% artıb.

 

Müştəri hesablarına nəzər salsaq, 2018-ci ilin martında ölkədə 16 milyon 539 min müştəri hesabı mövcud olub. Bunlardan 13 milyon 771 mini cari, 2 milyon 435 mini kredit, 334 mini isə depozit hesabıdır.

 

2018-ci ilin mart ayında ölkədə mövcud olan cari hesabdan 13 milyon 591 mini fiziki şəxslərə, 180 mini isə hüquqi şəxslərə aiddir.

Cari hesabların növləri

Sayı (min, nəfər)

Faizlə ifadəsi

Sahibkarlıqla məşğul olan fiziki şəxslər

254

2%

Sahibkarlıqla məşğul olmayan fiziki şəxslər

13337

97%

Cəmi fiziki şəxslər

13591

99%

Hüquqi şəxslər

180

1%

Ən sərfəli kredit üçün müraciət et

 

 

Xəzər Aslanov. Banco.az