Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan əhalisi bu ilin yanvar-avqust aylarında ərzaq məhsullarına 18 milyard 878 milyon manat vəsait xərcləyib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 8 ayı ilə müqayisədə 2% çoxdur.
Məlumata görə, hesabat aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,1 manatlıq, o cümlədən 252,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 203,9 manatlıq qeyri-ərzaq malları alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!