Nyu-York Birjasında Dow Jones (Dou Cons) Sənaye İndeksi, bu günə qədərki ən yüksək səviyyəsinə qalxaraq günü rekordla başa vurub.
İndeks, 251,22 bənd (0,95 faiz) artımla 26656,98 bəndə yüksələrək tarixindəki ən yüksək səviyyədən bağlanıb. İndeks bundan əvvəl 26 Yanvarda 26616,71 bandlə rekord səviyyədə bağlanmışdı.
Bundan başqa, dünən iş saatları ərzində 26697,32 bəndə qədər qalxan indeks tarixdəki ən yüksək səviyyəsini görüb.
İndeksdə ticarət olunan "Boeing"in səhmləri 0,6 faiz, "Apple"ın səhmləri 0,8% bahalaşıb. İnvestisiya banklarından "Goldman Sachs" və "JPMorgan Chase" səhmləri də müvafiq olaraq 0,8% və 0,9% artım göstərib.
Nyu-York birjasında "Standard & Poor's 500" İndeksi 22,80 bənd (0,78 faiz) artaraq 2930,75 bəndlə rekord səviyyədən bağlanıb. Nasdaq Texnoloji İndeksi isə 78,19 bənd (0,98 faiz) dəyər qazanaraq 8028,23 bəndə yüksəlib.
marja.az