Neyro-Marketinq nədir? | Banco.az

Neyro-Marketinq nədir?

Neyro-Marketinq beyin reaksiyalarına əsaslanmaqla, marketinq strategiyası qurmaq-müştəriləri əldə etməkdir. Müştəri qərarlarının beyindəki mexanizmi neyro-marketinqdə araşdırılır. Tibb və marketinqin birgə məhsulu olan neyro-marketinq müştərilər haqqında çox şeyi ortaya çıxarır və marketinq menecerlərə hansı məhsulu, harada, hansı qiymətə və hansı üsulla satmalı olduqlarını öyrədir.

Qısacası neyro-marketinq marketinqin ən yeni nəslidir. Neyro-marketinqdə müştərilərin beyindəki reaksiyasına görə yeni qərarlar qəbul edilir. Bəs bu necə həyata keçirilir? Olduqca məntiqli bir sualdır. Neyro-marketinqin ən geniş 3 araşdırma obyektini sizinlə bölüşürük:

1. Göz təması

Reklamlarda gözünüzün hara fokuslandığı belə marketinq ekspertləri tərəfindən hesablanır. Uşaq bezi reklamlarında insanların ən çox gözünün sataşdığı nöqtə, uşaqların siması olduğu ortaya çıxdı. Bu reklamın effektivliyini azaldırdı. Əsas diqqətin uşaq bezinə yönəlməsi lazım idi. Bu səbəbdən reklamda bir qədər dəyişiklik həyata keçirilərək, uşağın simasının görünmədiyi, daha doğrusu uşağın yana çevrilmiş şəkildə, simasının görünmədiyi yeni reklamı çıxartdılar. Bu reklam olduqca uğurla satışları artırdı.
Reklamlarda nəyə baxdığınıza belə nəzarət edilir.

2. Reklamlara qarşı beyin reaksiyasının müəyyənləşdirilməsi

Ən sərfəli kredit üçün müraciət et

Neyro-marketinqin tibblə olan bağlantısını az öncə izah etmişdik. Reklama baxarkən beyində hansı dəyişikliklərin olduğu araşdırılaraq beyindəki dalğalara əsasən, nəyin beyində qıcıq yaratadığı müəyyən olunur.

3.Təbəssüm hiyləsi

Təbəssümün nə qədər güclü olduğunu, alt-şüurunuza necə təsir etdiyini izah etmək üçün qalın kitablar yazmaq olar. Təbəssüm doğulduğumuz anda ayna hüceyrələrimizin (ayna hüceyrələr başqalarında gördüyümüz şeyləri qeyri-iradi şəkildə bizim təkrarlamağımıza səbəb olur.) valideynlərimizdən və ya ətrafımızdakılardan öyrəndiyi bir bacarıqdır. Təzə doğulan uşaqlarda gülümsəmə mexanizmi doğuşdan gəlmir. Yəni şüuraltımızın ilk öyrəndiyi və ən çox qarşılaşdığı anlayışdır. Reklamlarda satmaq istənilən məhsulun təbəssümlə, digər məhsulun isə üzüntü ilə təqdim olunduğunu yüzlərlə reklamda görə bilərsiniz. Azərbaycan marketinqi neyro-marketinqi tanımazdan əvvəl də təbəssüm hiyləsini istifadə edirdi. Məşhur azərbaycanlı marketoloq Firdovsi Xəlilovun seminarında olarkən onun bir təcrübəsi məni çox təsirləndirmişdi. Etdiyi avtomobil satışını bu şəkildə ifadə etmişdi: “Satmağ istədiyim maşını təqdim edərkən, özümün də bu maşınnan istifadə etdiyimi, Gürcüstana səfərim zamanı da elə bu maşında getdiyimi dedim. “Yollar o qədər rahat idi. Çox yaxşı gedib çatdığ.” Müştərinin almaq istədiyi məhsula yaxınlaşanda: “Sərhəddə bir problem yaşadıq, çox çətinliklə keçdik yolu.” dedim. Mənim satmaq istədiyim məhsul satıldı.” Yəqin indi nəyi başa salmağa çalışdığımı anlayırsınız.

Sevinc Hüseynova, banco.az