Yanvarın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,06 dollar və ya 1,2% artaraq 1 barelə görə 92,72 dollar təşkil edib.
Məlumata görə, yanvarın 10-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,86 dollar və ya 0,8% artaraq 107,25 dollar olub.
milli.az