Neft qiymətləri bahalaşmaqdadır | Banco.az

Neft qiymətləri bahalaşmaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neftin qiyməti Qırmızı dənizdə yeni hücumlar səbəbindən bahalaşıb.

Banco.az xəbər verir ki, ABŞ-ın xam neft ehtiyatlarının azalmağa davam etdiyinə dair işarələr və Qırmızı dənizdəki gəmilərə hücumların artması Yaxın Şərqdə tədarükün kəsilməsi riskini artırdığı üçün neft qiymətləri bahalaşmaqdadır.

Qlobal göstərici sayılan Brent markalı neftin bir bareli 78 dollara qədər bahalaşıb.

ABŞ xam nefti isə 72 dolları ötüb.

Xatırladaq ki, Amerika Neft İnstitutu ötən həftə ölkə üzrə ehtiyatların 5,2 milyon barel azaldığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram