Nağd pul ilə balansı artırmaq – Cash to Card | Banco.az

Nağd pul ilə balansı artırmaq – Cash to Card

Bəzən gəlirlərin nağd, etməli olduğun ödənişlər isə elektron şəkildə olur. Əlindəki nağd pulu karta yatırmaq lazım gəlir ki, müxtəlif kredit ödənişlərini edə, sifarişləri gerçəkləşdirə və ya sosial şəbəkədəki və internetdəki bir sıra ödənişli xidmətlərdən yararlana biləsən.

Belə anda nağd pulu karta yatırmağın ən qısa yolu haqqında düşünürsən.

Cash to card xidməti, hətta kartın özü fiziki cəhətdən olmadıqda belə onun balansını artırmaq imkanı verir. Məsələn kartınız evdə qalıb, siz isə ödəniş etməlisiniz. Kartın nömrələrini bilirsinizsə, iş elə də çətin deyil.

Cash to Card - xidməti vasitəsilə Cash-in bankomatından plastik kartdan istifadə etməyərək nağd vəsaiti karta yatırmaq mümkündür. Yatırılan pullar kartla istifadə üçün dərhal aktivləşir.

Bu xidmətdən istifadə etmək istəyən müştəri Cash-in bankomatı monitorunun yuxarı sağ küncündəki düyməni basır. Cash-to-Card əməliyyatını seçərək müştəri 2 dəfə kartın 16 rəqəmli nömrəsini daxil edir, yatırılan vəsaitin valyutasını qeyd edir, sonra nağd pulu Cash-in qəbuledicisinə daxil edir və sonda əməliyyatı təsdiq edir.

Hal-hazırda bu xidmətdən AzeriCard prosessinq mərkəzində xidmət olunan banklardan Beynəlxalq Bank, Bank Respublika, Xalq Bank kimi bankların Cash in aparatlarında istifadə etmək mümkündür.


Ən sərfəli kredit üçün müraciət et