Muğanbank filial şəbəkəsini genişləndirməyə davam edir | Banco.az

Muğanbank filial şəbəkəsini genişləndirməyə davam edir

Muğanbank Saatlı və Bərdə şəhərlərində 2 yeni filialını açaraq regionlarda xidmət şəbəkəsini daha da genişləndirdi. Yeni açılmış filiallarda müştərilərə hər növ bank xidmətləri təqdim edilir.

Son zamanlar Muğanbank-ın regionlarda xidmət şəbəkəsinin sayı artaraq 15-ə çatmışdır. Yeni filialların açılması ilə Muğanbank regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.

Filiallarda fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Qeyd edək ki, Saatlı filialı Saatlı şəhəri, Heydər Əliyev prospekti, 207 D ünvanında, Bərdə filialı isə Bərdə şəhəri, Nizami küçəsində fəaliyyət göstərir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 33 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına keçid ala bilərsiniz.

Mənbə: milli.az