Moody's: "Ölkənin kredit reytinqini aşağı salmayacaq" | Banco.az

Moody's: "Ölkənin kredit reytinqini aşağı salmayacaq"

"ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının sərtləşməsi bu ölkənin kredit reytinqinə təsir etməməlidir. Buna baxmayaraq, reytinq üzrə proqnoz “Sabit”ə düşə bilər".

Bu barədə "Moody's" Beynəlxalq Reytinq Agentliyinin Rusiyanın suveren rentinqi üzrə analitiki Kristin Lindou bildirib.

“Sanksiyaların ölkənin kredit reytinqini aşağı salması gözlənilmir. Bununla belə, kredit reytinqi üzrə proqnoz “Müsbət”dən “Sabit”ə dəyişə bilər” , - o deyib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Moody's"in bu ilin yanvar ayında Rusiyanın kredit reytinqi üzrə proqnozu “Müsbət” olub. 

Report.az