Müəllif: Tamara Mustafayeva, Banco.az
“Moody's” Çinin reytinq proqnozunu stabildən neqativə endirib.
Banco.az xəbər verir ki, kredit reytinq agentliyi “Moody's” Çinin kredit reytinqini A1 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu stabildən mənfiyə endirib.
Bildirilib ki, maliyyə sıxıntısı yaşayan bəzi bölgələrə və yerli hökumətlərə maliyyə dəstəyi veriləcəyinə dair sübutların artması Çinin maliyyə, iqtisadi və institusional gücünə aşağı istiqamətli risk yaratdığı üçün reytinq proqnozuna yenidən baxılıb.
Orta müddətli iqtisadi artımın daimi olaraq azalacağına dair risklərinin artması da qərara təsir göstərib.
Xatırladaq ki, “Moody's” Çinin kredit reytinqini sonuncu dəfə 2017-ci ildə Aa3-dən A1-ə endirmişdi ki, bu da 1989-cu ildən bəri ilk dəfə baş verirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!