Oktyabrın 14-də Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcə zərfinin müzakirəsi davam etdiriləcək.
Banco.az “APA-Economics”ə istinadən məlumat verir ki, Milli Məclisin bu gün keçirilən iclasında büdcə zərfinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən bəzi təkliflər irəli sürüb.
Qeyd edək ki, Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları daxildir.