Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il oktyabr ayının 1-i tarixinə 14 milyard 407 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 2,9% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 427,8 mln. manatı və ya 3%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 65 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 779 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 611 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 951 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!