Mikayıl Cabbarov: “Ötən il güzəştli kredit hesabına 3 276 investisiya layihəsi maliyyələşdirilib” | Banco.az

Mikayıl Cabbarov: “Ötən il güzəştli kredit hesabına 3 276 investisiya layihəsi maliyyələşdirilib”

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb: “Kreditlərin layihə sayı üzrə 99,8 %-i, məbləğ üzrə isə 91,1 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib”.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram