“Microsoft” unudulmuş məhsulunu belə reklam etdi - Video | Banco.az

“Microsoft” unudulmuş məhsulunu belə reklam etdi - Video

“Microsoft” Milad ərəfəsində yeni reklam çarxında şirkətin yenilənmiş məhsulu olan “Paint 3D” köməyi ilə çarxın baş qəhrəmanı olan canavarlara həyat verib.

Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, “Verge” yazır ki, yeni çarx vasitəsilə ilə “Windows” istifadəçiləri yeni məhsulun mövcudluğu barəsində məlumatlı olacaqlar.

Qeyd olunur ki, istifadəçilərin əksəriyyəti məhsulun yenilənmiş versiyası haqqında məlumatsızdırlar. Xatırladaq ki, bu il “Microsoft” “Paint”in ənənəvi proqramını dəstəkləməyi dayandırıb. Onun yerinə məhsulun yeni versiyası bazara təqdim edilib – “Paint 3D”.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət, həmçinin istifadəçilərin fotolarını yeni proqramla paylaşdığı “Remix 3D” saytını da istifadəyə verib.