Microsoft-dan ABŞ hökumətinə Huawei reaksiyası | Banco.az

Microsoft-dan ABŞ hökumətinə Huawei reaksiyası

Microsoft-un rəhbəri Brad Smith, ABŞ hökumətinin Huawei-yə münasibətini tənqid edərək, sanksiyaları ədalətsiz hesab etdiyini bildirib.

Smith, ABŞ-ın iqtisadiyyat jurnalı "Bloomberg Business"ə verdiyi müsahibəsində, ABŞ hökumətinin Çinin Huawei şirkətinə qarşı texnologiya satışını əngəlləyən sanksiyalarının Amerikanın dəyərlərinə uyğun olmadığını bildirib.

 Smit, "bu cür sanksiyalar fakta, məntiqə və hüquqa tabe olmalıdır" deyib. 

"Sanksiyalar bir otelə yataq qadağası qoymaqla eyni şeydir"

ABŞ Prezidenti Donald Trampın otel sənayesindəki təcrübəsinə istinad edən Smit, "Bir texnologiya şirkətinə, "məhsullarını sata bilərsən, amma əməliyyat sistemi və çip ala bilməzsən" demək, bir otelə "xidmət göstərə bilərsən lakin otaqlarına yataq qoya bilməzsən, restoranında yemək verə bilməzsən" deməklə eyni şeydir. Bu yanaşma, şirkətin vəziyyətini təhlükəyə atır", - ifadələrini istifadə edib

Ən sərfəli kredit üçün müraciət et

May ayında ABŞ Prezidenti Donald Tramp, Huawei-nin telekommunikasiya avadanlıqlarını xarici ticarət qadağası  siyahısına əlavə edib. Qadağaya görə, ABŞ şirkətləri Huawei-yə avadanlıqlar və proqramlar da sata bilməyəcəklər. 

ABŞ hökumətinin sözügedən qərarının ardından Silikon Vadisinin nəhəng şirkətləri də buna paralel addımlar atıblar. Google, Intel, Broadcom, Qualcomm və Xilinx kimi ABŞ-ın nəhəng texnologiya şirkətləri, Huawei ilə olan əlaqələrini təxirə saldıqlarını və məhsul tədarükü təmin etməyəcəklərini açıqlayıblar.

Google, keçən ay verdiyi açıqlamada, sanksiyalar çərçivəsində aralarında Google Maps və Youtube kimi proqramların da olduğu Google tətbiqlərinin Huawei-nin yeni telefon modellərində yer almayacağını təsdiqləmişdi.

Huawei isə bu sanksiyalara cavab olaraq öz əməliyyat sistemi və avadanlıqlarını inkişaf etdirdiyini bildirmişdi.

Marja