BP neft və qaz hasilatını azaltmaq məqsədindən daşınıb | Banco.az

BP neft və qaz hasilatını azaltmaq məqsədindən daşınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BP” 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaq hədəfindən imtina edib.

Banco.az xəbər verir ki, “BP”nin “BP.L” şirkətinin baş direktoru Murray Auçinkloss investorların etibarını bərpa etmək üçün şirkətin enerji keçid strategiyasını dəyişir.

Bu dəyişikliklə şirkət 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaq məqsədindən əl çəkib.

2020-ci ildə elan etdiyi strategiya ilə “BP” 2030-cu ilə qədər hasilatı 40 faiz azaltmaqla sektorun ən iddialı planlarından birini irəli sürmüş, eyni zamanda bərpa olunan enerji mənbələrini sürətlə artırmağı öhdəsinə götürmüşdü.

Bununla belə, investorlar enerji keçidinə deyil, qısamüddətli gəlirlərə diqqət yetirdiyinə görə, “BP” ötən ilin fevralında bu hədəfi 25 faizə endirməklə onilliyin sonuna qədər gündəlik 2 milyon barel hasil etməyi qarşısına məqsəd qoymuşdu.

Ən sərfəli kredit üçün müraciət et

“Reuters”in üç yaxın mənbəyə əsaslanaraq verdiyi məlumata görə, “BP” neft və qaz hasilatını artırmaq üçün Yaxın Şərq və Meksika körfəzinə yeni investisiyalar yatırmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et