1 aprel tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 14 715.7 mln. dollara çatıb. Mərkəzi Banka istinadən verilən xəbərə görə, bu da ilin əvvəli ilə müqayisədə 4%-dək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 % artım deməkdir. Məlumata əsasən 1 yanvar 2014-cü il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 14 152 mln. dollar, fevral ayının 1-nə isə 14 219.3 mln. dollar, 1 mart tarixinə 14 444.8 mln. dollara olub.
Qeyd edək ki, valyuta ehtiyatlarının həcmi 2013-cü il 1 dekabr tarixinə 13 742.5 mln. dollar, 1 noyabr tarixinə 13 584.1 mln. dollar, 1 oktyabra 13 262.7 mln. dollar, 1 sentyabra 12 958.9 mln. dollar, 1 avqusta 12 880.3 mln. dollar, 1 iyula 12 720.4 mln. dollar, 1 iyuna 12 572.3 mln. dollar, 1 maya 12 499.9 mln. dollar, 1 aprelə 12 332.6 mln. dollar, 1 marta 11 948.3 mln. dollar, 1 fevrala 11 964 mln. dollar, 1 yanvara 11 694.8 mln. dollar təşkil edib.
Mənbə: Gün.az