Mərkəzi Bank konsolidasiya prosesinə start verir | Banco.az

Mərkəzi Bank konsolidasiya prosesinə start verir

İqtisadçı ekspert, Samir Əliyev də Mərkəzi Bankın “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərarının gözlənilən olduğunu vurğulayıb.  O həmçinin əlavə edib ki:

O baxımdan ki, məcmu kapitalın 50 milyon manata qaldırılması ilə bağlı normativinə əməl edə bilməyiblər. Əslində yanvar ayından adıçəkilən bankların fəaliyyəti dayandırılmalı idi. Ancaq ötən ilin sonlarında başlayaraq bank sektorunda gərginliyin artması Mərkəzi Bankı qərar verməkdən çəkindirdi. Hesabatlarda da 5 bankın ləğvetmə prosesində olduğu görünürdü və onların 4-nün məcmuu kapitalının 50 milyon manatdan az idi. Həmin banklar barədə qərarın çıxarılması zaman məsələsi idi.

Onu da əlavə edim ki, banklarla bağlı çıxarın qərar mövcud böhranla bağlı deyil. Hazrki böhrandan zərbə almış bankların taleyi ilə bağlı qərarlar barədə sonra xəbər tutacağıq.

Ən sərfəli kredit üçün müraciət et

Barəsindən “ölüm” hökmü çıxarılan banklar haqqında onu demək olar ki, onlar kiçik banklardır. Bazar payları heç 1% deyil. “Evrobank” ASC Əmanətlərin Sığortalanması Fondunun da üzvü deyildi. Filialı da yoxdur. Düşünürəm ki, “Azərbaycan Kredit Bankı” ASC-nin də gələcək taleyi “Evrobank” kimi olacaq və lisenziyası əlindən alınacaq və ya ən yaxşı halda başqa banka birləşdiriləcək.

Hamını bir sual düşündürür. Digər bankların da bağlanmaq təhlükəsi varmı? Bəli. Bankların taleyi ilə bağlı qərarı Mərkəzi Bank verir və buna görə də qəti hökm vermək düzgün olmazdı. Ancaq ehtimallar göstərir ki, bu proses bununla bitməyəcək. Əlavə olaraq bir neçə bankın da bağlanmasna başlanacaq.

Ümumən götürəndə Mərkəzi Bankın konsolidasiya prosesinə start verdiyini söyləmək olar.