Mərkəzi Bank hazırda özəl bankların verdiyi istehlak kreditlərinin faiz dərəcəsinin çoxluğundan narazıdır.
Bu barədə Mərkəzi Bankın baş direktoru Rəşad Orucov məsələ ilə bağlı açıqlamasında məlumat verib. Onun sözlərinə görə, istehlak kreditləşməsində artan rəqabət banklarda faizlərin aşağı salınmasına səbəb olur. Amma bu faizlərin hələ də aşağı salınması üçün imkanlar var.
"Mərkəzi Bank olaraq faiz dərəcələrindən biz də məmnun deyilik. Bütün banklarda faizlərin aşağı salınması üçün işlər aparılmalıdır", deyə Rəşad Orucov bildirib.
Mənbə: anspress.com