Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Vaşinqton şəhərində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə iştirakı, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşləri nəzərdə tutulur.