“Meqa Sığorta”nın İdarə Heyətinin sədri dəyişib | Banco.az

“Meqa Sığorta”nın İdarə Heyətinin sədri dəyişib

Əfqan Murtuzayev “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini tərk edib.

Məlumata görə, onu şirkətin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmış Gülmaliyeva Sevinc Tofiq qızı əvəz edib.

Sığorta sahəsi üzrə ixtisaslaşmış Çarter Sığorta Universitetinin (Böyük Britaniya) məzunu olan Sevinc Gülmaliyeva bu sahə üzrə 14 illik təcrübəyə malikdir. Bu sahədə Azərbaycandakı təcrübəsindən başqa o, Rusiya və İngiltərədə fəaliyyət göstərən beynalxalq sığorta-broker şirkətlərindədə uzun illər çalışıb. Məlumat üçün bildirək ki, S. Gülmalıyeva 1 ilə yaxındır ki, “Meqa Sığorta” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cəmi 3 ildir fəaliyyət göstərən “Meqa Sığorta” ASC  ötən ilin 11 ayı ərzində 10 milyon manatdan çox sığorta haqları yığımına nail olub. “Meqa Sığorta” ASC-nin 7 filialı və 1 nümayəndəliyi fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, Sevinc Gülmaliyevanın “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsilə sədri qadın olan sığorta şirkətlərinin sayı 2-yə çatıb. Belə ki,  “Paşa Sığorta” ASC-nə də qadın rəhbərlik edir.

marja.az