Mənzil arzusunu necə gerçəkləşdirmək olar? | Banco.az

Mənzil arzusunu necə gerçəkləşdirmək olar?

Hər kəs istər ki, şəxsi mənzili olsun, heç kəsə yük olmadan, azad-müstəqil yaşasın. İnsanın müstəqilliyi ilk növbədə onun maddi müstəqilliyi ilə başlayır. Əgər özünü təmin edə bilirsənsə, kiminsə asılılığını qəbul etmək məcburiyyətində deyilsən.

Öz evinin olması da yəqin ki, hər bir gənc qızın və gənc oğlanın arzusudur. Bəs, Azərbaycan gerçəklikləri bu arzunu reallaşdırmağa nə  dərəcədə imkan verir? Ətrafımızda tikilən çoxsaylı yeni tikililərin boş qalmasını görürük. Təəssüf ki, maddi imkanlarımız mənzil almaq arzusunu adamın ürəyində qoyur. Yeganə çıxış yolu kimi “ipoteka kreditləri” görünür. Bu arzunu gerçəkləşdirmək üçün əvvəl stabil iş, prestijli müəssisə və yüksək əməkhaqqı arzularının gerçəkləşdirilməsi tələb olunur.

Təsəvvür edək ki, bunun öhdəsindən gəlmisiniz və artıq kredit götürməyə hazırsınız, bəs harada və hansı şərtlərlə?

Dövlət şərtləri ilə İpoteka Fondunun hesabına kredit almaq daha əlverişli olsa da, bu imkan o qədər də gerçək deyil. Sizdən öncə də müraciət edib, gözləyənlər vardır. Şərtlər daha ciddi və daha çətindir. Vəsait az ayrılır və tez də qurtarır.

Banklarımız öz daxili vəsaitləri hesabına da ipoteka kreditləri təklif edirlər. Faizlər nisbətən yüksək olsa da, bu kreditlərin əldə olunması daha rahatdır. Yetər ki, siz bankların tələblərinə uyğun olun.

Banklarda sizə qarşı hansı tələblər ola bilər:

Stabil gəlir, minimum bir il iş stajı (istisna hallarda 6 ay), yüksək əməkhaqqı;

Daha öncələr kredit tarixçəsinin korlanmaması;

Kredit alanın yaşı – kreditin başa çatması anında yaşı 65-dən çox olmayan şəxslər

Təminat kimi – zamin və girov olaraq daşınmaz əmlak (yeni alınan və ya öncədən olan mənzil)

Bir sıra banklarımız daxili vəsaiti hesabına ipoteka krediti verir. Aşağıda təqdim etdiyimiz dördlük isə hal-hazırda bu məhsul üzrə həm də aktiv reklam fəaliyyəti həyata keçirir. Bu isə həmin Bankda hazırda həmin məhsulun daha gündəmdə olması deməkdir.

İlkin ödəniş

Faiz

Məbləğ

Komissiya

Müddət

Bankın adı

Min 20%

12- 21,96%

8000 -100 000 AZN

1-2%

10 ilə qədər

AccessBank

Min 20% (30%)

9% - 12%

100,000 (200 000) AZN*

1%

10 ilə qədər

Azər-Türk Bank

Min 10%

10%

66 000 AZN

0,5%+ Sığorta– 0,5%, hesabın açılması -10 AZN, MKR  2 AZN

10 ilə qədər

Bank Technique

“Park Azure” yaşayış kompleksində mənzilin alınması -

Min 30%

10%

35 000 – 500 000 AZN

0.1% (min 10- mak 1000 AZN)

3-25 ilə qədər

Xalq Bank

Qeyd:

Bank Technique-dən aldığınız bu kreditlə yalnız “Park Azure” yaşayış kompleksində mənzil ala bilərsiniz.  

Azər-Türk Bankda kreditin maksimum həcmi 100 min manatdır, lakin Bankın Kredit Komissiyasının Qərarı əsasında kredit məbləği  200, 000 manatadək artırıla bilər və belə olduqda ilkin ödəniş məbləğin 30% həcmində olur.

Kreditlərin ödənişi annuitet sxemlə, bərabər hissələrlə həyata keçirilir.

Həmçinin digər bankların özəl ipoteka proqramına aid şərtləri də diqqətinizə təqdim etmək istərdik.

Bank

Məbləğ

Müddət

İlkin ödəniş %

% dərəcəsi

Komissiya

Bank Standard

30 000 - 200 000 AZN

25 ilə qədər

30

12.50%

2%

Rabitəbank

60 000 AZN-ə qədər

10 ilə qədər

30% və ya 50%

16.75% və ya 15,75%

2%

ASB Bank

10 000- 70 000 AZN

5 ilə qədər

30

14%

1%+ 0,4 (və ya 0,5%) + 5AZN

Beynəlxalq Bank

30000 AZN-ə qədər

5 ilə qədər

30

15%

0.5% +0,5%

Bank Respublika

5 000 - 250 000 AZN

10 ilə qədər

30

12 - 15

0.70

DəmirBank

25000-200000 AZN

5 ilə qədər

35

18

3.%

Yapı Kredi Bank

limitsiz

5 ilə qədər

20

17 - 24

 -

TBC Kredit

limitsiz

10 ilə qədər

30

14

1.50

Ən sərfəli kredit üçün müraciət et

Könül Soltanova/Banco.az