PR mütəxəssi olmaq üçün nə lazımdır? | Banco.az

PR mütəxəssi olmaq üçün nə lazımdır?

Arzuladığınız şirkət və ya bank PR mütəxəssisi üzrə vakansiya elan edib və ağlınıza ilk olaraq bir sual gəlir, "Mən PR-çı ola bilərəmmi?".

Biz sizə yardımçı olaq.

PR nədir?

PR (Public Relations) və ya İctimaiyyətlə Əlaqələr, təşkilatın məqsədləri istiqamətində özü üçün inkişaf etdirdiyi tərifin ictimaiyyət tərəfindən eyni formada qəbul edilməsini təmin edəcək fəaliyyətlər toplusudur. PR-ın hazırladığı strategiyalar, həyata keçirdiyi texnikalar sayəsində təşkilatların fikirləri və xidmətləri cəmiyyət tərəfindən daha yaxşı anlaşılır və qəbul olunur.

PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. O, şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.

PR, əlaqələr inşa edir. Bu gün texnologiyanın sayəsində informasiya axımı son dərəcə sürətlidir. Bu sürətli əlaqələr içərisində PR bütün informasiya elementləri ilə əməkdaşlıq edir.

PR-çı bir markanın həm içindən bir çalışan, həm də çöldən obyektiv bir göz olaraq işləyir. Markanın istehlakçısı ilə uğurlu ünsiyyət qurması üçün lazımlı olan alt təməli yaradır və inkişaf etdirir.

PR-çı olmaq üçün nə lazımdır?

İlk öncə ali təhsil vacibdir. Adətən bir çox PR-çının keçmiş karyerasına nəzər salsaq görərik ki, onda jurnalistikanın izləri var. Odur ki, bu sahədə çalışan şəxslərin jurnalistika təhsilinin və ya jurnalistika sahəsində təcrübəsinin olması tələb olunur. Dil və kompüter biliklərinin olması da olduqca önəmlidir. PR-çılar şəxsi keyfiyyətlərə malik olmalıdırlar. Onlar üçün ən unikal keyfiyyət- ünsiyyətcil olmaqdır. Çünki PR-çı nəinki digər şirkət və qurumlarla, eyni zamanda cəmiyyətlə ünsiyyətdədir. Bu mütəxəssislər müxtəlif sektorlarla əlaqələr qurmalı, həmçinin  yenilərini istənilən səviyyədə nizamlaya bilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Yaradıcı və yeniliklərə açıq olmalı, işləri planlaşdıra bilməli, ən əsası isə özünə inam hissi yüksək olmalıdır. Çünki o, şirkət təmsilçisidir. Onun dsöylədikləri və etdiyi çıxışlar qarşı tərəfdə inam yaratmalıdır.

Vəzifə və öhdəlikləri:

  • KİV-lər ilə əlaqələrin yaratmalı
  • Məqalələr, press-relizlər, reklam-informasiya materiallarını yazılmalı
  • Şirkət saytının məzmununu hazırlamalı
  • KSM (korporativ sosial məsuliyyət) layihələrinin həyata keçirilməli
  • Jurnalistlər üçün tədbirlər təşkil etməli (press-konfranslar, press-turlar, prevyu, dəyirmi masa, müsahibələr, fotosessiyalar, brifinqlər və s.)
  • Korporativ nəşrlər hazırlanmalı
  • Təkliflər hazırlanmalı
  • PR kompaniyanın büdcəsini hazırlanmalı
  • Poliqrafik və suvenir məhsulların istehsalını əlaqələndirməli
  • Aparılan PR kompaniyaların effektivliyini analiz etməli

Unutmayın PR üzrə mütəxəssir öz malını satmağa çalışan bir insan deyil.

Müvəffəqiyyətli PR-çı olmaq üçün səmimiliyə, düzgünlüyə önəm vermək lazımdır. Bu iş üçün qadın və ya kişilər arasında seçim aparmaq və ayrı-seçkilik etmək düzgün deyil. İşini doğru edə bilən və bu vəzifəyə uyğun olan hər kəs uğurlu bir karyera qura bilər.

Bu sahədə  yeni başlayanların orta hesabla əməkhaqqıları 400-600 AZN, aparıcı ekspertlərin məvacibləri isə 1000-1500 AZN təşkil edir. Demək olar ki, bütün şirkət və banklarda PR işçilərinə ehtiyac duyulur.

Hələ də PR-çi olmaq istəyirsinizmi?

Günel Abduraxmanova / Banco.az