Bildiyimiz kimi, bankların səhmdarları üçün əsas göstərici onların məcmu kapitalı hesab olunur. Buna səbəb məcmu kapital əsas və əlavə kapitalı özündə birləşdirməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldımasına, əmanətçilərin və potensial investorların bank sisteminə olan inancının artırılmasına xidmət edir.
Mərkəzi Bank Bank kapitalının və onun adekvatlığının hesablanması qaydalarına istinadən bankın fəaliyyəti dövründə onun məcmu kapitalının minimum miqdarı 10 (on) milyon manatdan, adekvatlıq və leverec əmsalları isə bu qaydalarda müəyyən edilmiş səviyyədən aşağı olarsa, zərərin baş verdiyi hallar istisna olmaqla bank kapitalını azaldıla bilməz.
Gəlin görək 2018-ci ilin ikinci rübündə məcmu kapitalına görə bankların TOP 5-liyində hansı banklar durur. Ümumiyyətlə qeyd edək ki, TOP 5-likdəki bankların cəmi məcmu kapitalı 2 mlrd 95 mln 444 min manat təşkil edir.
Bank |
Məcmu kapital |
Beynəlxalq Bank |
1 188 538 |
Xalq Bank |
273 697 |
Kapital Bank |
272 287 |
Paşa Bank |
219 573 |
Express Bank |
140 949 |
Cədvəldən göründüyü kimi, ilk beşlikdə dayanmış banklar içərisində Beynəlxalq bankın məcmu kapitalı 1 mlrd manatı keçərkən, Express Bankda isə bu göstərici 140 mln manat olub.
İkinci rübdə məcmu kapitalı ən aşağı olan bank Pakistan milli bankıdır ki, onun da məcmu kapitalı 10 mln 243 min manatdır.