May ayında 0,6% deflyasiya qeydə alınıb | Banco.az

May ayında 0,6% deflyasiya qeydə alınıb

Bu ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb.

Banco-nun APA-ya istinadən verdiyi məlumata görə, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6% ucuzlaşıb.

Ay ərzində buğda unu, balıq məhsulları, qoyun və toyuq əti, süd məhsulları, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, alça, çiyələk, kələm, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, kartof, soğan, sarımsağın qiymətlərində ucuzlaşma, qarabaşaq yarması, yumurta, limon, portağalı, naringi, banan, alman, armud, göyərti, çuğundur, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

May ayında qeyri-ərzaq mallarından parçalar, geyim, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazlarının qiymətləri bahalaşıb, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətləri isə ucuzlaşıb.