Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Maskın beyin çipi layihəsi insanlar üzərində sınaqdan keçirilmə üçün razılıq əldə edib.
Banco.az xəbər verir ki, amerikalı milyarder İlon Maska məxsus “Neuralink” firması beyin çipi layihəsində insan təcrübələrinə başlanılması üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə aldığını açıqlayıb.
Bu barədə “Neuralink” firması rəsmi sosial media hesabında məlumat dərc edib.
Məlumatda qeyd olunur ki, beyin çipi layihəsinin FDA tərəfindən təsdiqlənməsi "bir gün bir çox insana kömək etməyə imkan verəcək mühüm addım" kimi dəyərləndirilib.
“Neuralink” firması sözügedən layihə ilə beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji pozğunluqları müalicə etməyi, əlilliyi olan şəxslərin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.
Xatırladaq ki, daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.
Bizi sosial şəbəkələrdən izləyin!!