Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 4 | Banco.az

Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 4

Sizi hər dəfə yeni rubrikalarla sevindirən Banco.az komandası bu dəfə də sizlər üçün həftəlik yeni bir rubrika üzrə yazır. Məqaləmiz bazarda ən çox tələb olunan maliyyə uçotu üzrə suallar və onların izahlarından ibarətdir. Bu rubrikamız  Financial Accounting beynəlxalq sertifikatı almaq istəyənlər üçün köməkçi olacaq.  Dördüncü dərsimizdə maliyyə hesabatının üçüncü dərsimizdə yarımçıq qaldığımız yerləri tamamlayacayıq.

1) Sual: Nə zaman maliyyə hesabatları əhəmiyyətli olaraq qəbul edilir?

Cavab: Əgər məlumatın göstərilməməsi və ya səhv göstərilməsi maliyyə hesabatlarının istifadəçiləri tərəfindən verilmiş iqtisadi qərarlara təsir edə bilirsə, məlumat əhəmiyyətli hesab olunur. 

2) Sual: Hansı maddələr şirkətin hesabatında aktiv kimi qəbul edilə bilər?

Cavab: Əgər həmin maddə kapitallaşdırılmalı və amortizasiya edilməlidirsə onda o aktiv kimi qəbul edilməlidir.

3) Sual: Ehtiyatlılıq konvensiyası nədir?

Cavab: Ehtiyyatlılıq konvensiyasına görə, şirkət aktivlərini və ya gəliri olduğundan çox göstərməməli, ya da ki, öhdəlikləri və xərcini olduğundan az qeyd etməməlidir. Yəni qiymətləndirmə apararkən verdiyi proqnozlarda ehtiyyatlı olmalıdır.

4) Sual: Bəs mahiyyətin formadan üstünlüyü konvensiyası nədir?

Cavab: Bu prinsip əməliyyatların və hadisələrin onların hüquqi formalarına görə deyil, məhz mahiyyəti və iqtisadi reallığına görə uçota alınmasını və təqdim edilməsini tələb edir.

5) Sual: Beynəlxalq Mühasibat Uçotu Standartlar Şurasının Konseptual əsaslarına nələr daxildir?

Cavab:

- Maliyyə hesabatı istifadəçilərə faydalı məlumatı çatdırmalıdır.

- Maliyyə vəziyyəti maliyyə vəziyyəti haqqında hesabatda göstərilir.

- Maliyyə nəticələri mənfəət və zərər haqqında hesabatda göstərilir.

- Maliyyə vəziyyətində dəyişiklər Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda göstərilir.

- Əsas fərziyyələr hesablama metodu və fəaliyyətin fasiləsizliyi fərziyələridir.

6) Sual: Maliyyə hesabatları hansı tələblərə cavab verməlidir?

Cavab:

- Anlaşılan

- Münasib

- Etibarlı

- Müqayisə edilə bilən

7) Maliyyə hesabatlarının istifadəsi ilə hansı iqtisadi qərarlar verilə bilər?

- İnvestisiyanın alınması, saxlanılması, satışı haqqında qərar

Ən sərfəli kredit üçün müraciət et

- Rəhbərliyin nəzarət və məsuliyyətinin qiymətləndirilməsi

- Müəssisənin işçilərə ödəniş etmək qabiliyyətinin qiymətləndirilməsi

- Müəssisəyə verilmiş borcların təhlükəsizliyinin müəyyənləşdirilməsi

- Vergi siyasətinin müəyyənləşdirilməsi

- Bölüşdürülə bilən mənfəətin və dividendlərin müəyyənləşdirilməsi

- Milli gəlir statistikasına daxil edilmə

- Müəssisələrin fəaliyyətinin tənzimlənməsi

8) Sual: Maliyyə hesabatlarının əsas fərziyyələri hansılardır?

Cavab:

a) Hesablama metodu - Bu metoda əsasən maliyyə hesabatlarında istifadəçilərə müəssisənin keçmişdə baş vermiş və pul vəsaiti cəlb edən əməliyyatları və eyni zamanda gələcəkdə nağd vəsaitinin ödənilməsini tələb edəcək öhdəlikləri və ya nağd pul vəsaitinin qazanılmasına imkan verəcək iqtisadi resursları haqqında məlumat təqdim edilir.

b) Fəaliyyətin fasiləsizliyi - Müəssisənin öz əməliyyətlərını ixtisara salmaq, məhdudlaşdırmaq və dayandırmağı planlaşdırmaması fərz edilir. Əgər bu planlaşdırılırsa maliyyə hesabatları digər əsaslara əsasən hazırlanmalıdır.

c) Kommersiya müəssisəsi anlayışı - Hüquqi şərtlərdən asılı olmayaraq, maliyyə hesabatlarında hər hansı müəssisənin öz sahiblərindən ayrılıqda fəaliyyət göstərməsi fərz edilir.

9) Sual: Əsas maliyyə hesabatlarının keyfiyyət xususiyyətləri hansılardır?

Cavab:

- Anlaşıqlıq

- Münasiblik

- Etibarlıq

- Müqayisəlik 

10) Sual: Bəs digər keyfiyyət xususiyyətləri?

Cavab: 

- Doğru təqdimat

- Mahiyyətin formadan üstünlüyü

- Neytrallıq

- Ehtiyyatlılıq

- Tamlıq

- Müqayisəlilik

Xəzər Aslanov. Banco.az