“Maaşınız nə qədərdir” sualına necə cavab verməli? | Banco.az

“Maaşınız nə qədərdir” sualına necə cavab verməli?

İş görüşməsinə gedənlərin ən çox qarşılaşdıqları problemlərdən biri “İndiki  maaşınız nə qədərdir?” sualıdır. Əgər hələ görüşün ilk addımlarıdırsa, nəzakətli prosesin hələ başında olunduğu, ödənişin irəlidəki müsahibələrdə danışıla biləcəyi deyilə bilər. Yaxşı ya sonra?

“Maaşının nə qədərdir?” Sualına necə cavab verməli?

İş görüşməsinə gedənlərin ən çox qarşılaşdıqları suallardan biri “Hazırkı maaşınız nə qədərdir?” sualıdır. CareerPivot’un qurucusu Marc Miller, məqaləsində bu sualı eşitmək məcburiyyətində qalanlara bəzi tövsiyələr edib.

Hal-hazırda bir şirkətdə çalışanlar, fərqli bir firma ilə görüşməyə gedəndə çox böyük ehtimalla “Bu ankı maaşının nədir? sualıyla qarşılaşırlar. Karyera məsləhət firması CareerPivot’un qurucusu Marc Miller, məqaləsində əgər hələ görüşün ilk addımıdırsa, nəzakətli prosesin hələ başında olunduğu, ödənişin irəlidəki müsahibələrdə danışıla biləcəyi deyilə bilər deyir.

Büdcəyə uyğundurmu?

Millərə görə məsullar bu cavabdan təmin olmazlarsa maaş məlumatını öyrənmək istəklərindən səbəbini belə açıqlayırlar:“Sizin istəyə biləcəyiniz məbləğin bizim büdcəmizə uyğun olub olmadığını bilmək istəyirik “.

Ən sərfəli kredit üçün müraciət et

Bu da əksəriyyətlə görüşməyə gələn adam üçün qırılma nöqtəsi olur və ödənişini açıqlamaq məcburiyyətində qalar. Ancaq Miller, haqqını paylaşmaq istəməyənlərin bu cavabı verə biləcəklərini söyləyir: “Siz mənə bu mövqe üçün ayırdığınız büdcə aralığını söyləyin, mən də sizə fikrimdəki məbləğin o aralıqda olub-olmadığını deyərəm “. Bu cavab görüşülən şirkətin, müraciət edənə bir rəqəm təqdim etməsini təmin edə bilər.

Maaşı dəyər müəyyən edər.

Müəyyən bir mövqeyə personal alacaq şirkətlər baxımından, xüsusilə beş il və üzəri təcrübəli işçilərin nə qədər maaş aldığının bir əhəmiyyəti olmur. Şirkət, o adamı heyətinə qatmaq istəyirsə təklif edəcəyi məbləği aldığı maaşa görə deyil, o adamın dəyərinə görə təyin edir.

Əvvəllər maaşın üçüncü şəxslərlə paylaşılması bir işçinin qovulmasına belə səbəb olarkən bu gün bu mövzu o qədərdə önəmli deyil. Artıq çalışanlar hansı aralıqda maaş aldıqlarını daha rahat paylaşa bilirlər. Bu səbəblə müsahibəyə gedəcək olan kəslərin fikirlərində bir aralıq təyin etməsi mümkündür.

Millerin müsahibə əsnasında maaş sualıyla qarşılaşanlara son təklifi isə qarşısındakına mütləq əlavə olaraq nələr təklif etdiklərini soruşmalarıdır. Onlara aldıqları deyil, almaq istədikləri maaşı söyləmələridir.

 

 

Müəllif: Yusif Ali