Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Türkiyədə keçirilən seçkidən sonra həyata keçirilən sərt pul siyasəti lirəni yenidən xarici sərmayəçilərin radarına salıb.
Banco.az-ın məlumatına görə, sentyabr-oktyabr aylarında dərc edilən son hesabatlarda lirənin aktivlərinin önə çıxdığı görmək mümkündür.
Lirənin real dəyərində yüksəliş sentyabr ayında davam edib. Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatına görə, real məzənnə indeksi, sentyabr ayında bir əvvəlki aya görə 3,10 bənd artaraq 55,52 səviyyəsinə yüksəlib.Avqustda indeks 52,42 səviyyəsində idi. Son iki ayda TL-nin real dəyərində 14 faiz artım olub. Qeyd edək ki, nominal effektiv məzənnə Türkiyənin xarici ticarətində əhəmiyyətli paya malik olan ölkələrin valyuta səbətinə uyğun olaraq ikitərəfli ticarət axınlarında türk lirəsinin orta dəyəri ilə hesablanır. Real effektiv məzənnə isə (REK) nominal effektiv məzənnədən nisbi qiymət təsirlərini çıxarmaqla əldə edilir.
Türkiyə iqtisadiyyatı ilə bağlı təhlillər həm yerli, həm də xarici investorların böyük marağına səbəb olub.
Xüsusilə “JPMorgan” ın son hesabatında türk lirəsinin rəqabət qabiliyyəti və devalvasiyası vurğulanır. Oktyabrın 5-də dərc edilən hesabatda “JPMorgan” türk lirəsinin kifayət qədər ucuz və rəqabətədavamlı olduğunu bildirib və əlavə devalvasiyaya ehtiyac olmadığını qiymətləndirib.
Digər tərəfdən, qurum digər bir açıqlamasında TL əmanət və kredit faizlərinin əhəmiyyətli dərəcədə artması və kredit artımının yavaşlaması ilə daxili valyuta tələbinin azaldığını bildirib. Oktyabr ayında TCMB inflyasiya ilə mübarizə əzmini qoruyub saxlamaq üçün siyasət faizini 500 əsas bənd artıraraq 35 faizə çatdırdı. Qərarın noyabr ayında keçirilməsi planlaşdırılan iclasda 250 əsad bənd artırılması da nəzərdə tutulub.
Deutsche Bank Türkiyə İqtisadçısı Yiğit Onay bildirib ki, Türkiyə GDDS bazarına 30-35 milyard dollara qədər əlavə portfel daxil ola bilər, lakin bu cür məbləğlərin portfel axınının baş verməsi üçün ən azı bir neçə il lazım olacaq.
Onay, inflyasiyanın 2024-cü ilin may ayında yüzdə 75 zirvəyə çatacağını, gələn ilin sonunda isə yüzdə 40-a yaxın səviyyəyə düşəcəyini təxmin etdiklərini və bu səbəbdən də gələn ilin sonuna qədər müsbət real siyasət faizi gözlədiklərini ifadə edib və TCMB-nin bundan yüksələn inflyasiya və pisləşən inflyasiya gözləntilərini tarazlaşdırmaq üçün istifadə edəcəyini bildirib. O əlavə edib ki, onlar təsdiqləmə siyasəti dərəcəsinin 2024-cü ilin ikinci rübündə 40%-ə yüksəldiləcəyini və 2024-cü ilin sonuna qədər sabit qalacağını gözləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!