Çinli texnologiya nəhəngi Lenovo rəsmi olaraq Z6 Pro smartfonunu elan etdi. Ötən il tanıdılan Z5 Pro'dan fərqli bir dizaynı tərcih edən Lenovo Z6 Pro, ekran / gövdə nisbətindən bir miqdar imtina etmiş olsa da dayanıqlılıq və zəriflik baxımından qazanc təmin edir.
Lenovo Z6 Pro'nun bəlkə də ən diqqət çəkən xüsusiyyəti, arxa tərəfində olan dördlü kamera quraşdırılmasıdır. Cihazın əsas kamerası 48 megapiksellik bir dəqiqliyə sahib olmasına baxmayaraq Qualcomm Snapdragon 855 prosessor və görüntü emal vahidi, Lenovo Z6 Pro'nun 100 megapikselə sahib fotoşəkillər çəkə bilməsini mümkün edir.
Lenovo Z6 Pro Xüsusiyyətləri
Qualcomm Snapdragon 855 prosessoru, Adreno 640 GPU
6 GB, 8 GB, 12 GB RAM / 512 GB daxili yaddaş saxlayır
HDR10 dəstəyi ilə 6.4 düymlük Full HD + AMOLED ekran
48 MP, f / 1.8 ana kamera + 16 MP geniş açılı lens + 8 MP telefoto lens + 2 MP ToF dördüncü arxa kamera
32 MP ön kamera
4G VoLTE, Wi-Fi, Bluetooth 5.0, ikili frekanslı GPS
Android 9.0 Pie
4,000 mAh batareya
Qara və mavi olmaqla iki fərqli rəng seçimi olacaq telefonun qiyməti vergilər istisna olmaqla yaddaş variantlarına görə belə olacaq;
- 6 GB RAM + 128 GB yaddaş - 430,95 dollar
- 8 GB RAM + 128 GB yaddaş - 445,85 dollar
- 8 GB RAM + 256 GB yaddaş - 565 dollar
- 12 GB RAM + 512 GB yaddaş - 743,51 dollar.
Pərvanə Aslanova, Banco.az