Tamara Mustafayeva, Banco.az
Kriptovalyutaların bazar dəyəri 2,7 trilyon dolları keçib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bazar dəyəri baxımından ən dəyərli kriptovalyuta olan bitkoinin dünən yenidən rekord səviyyədə bahalaşmasından sonra digər kriptovalyuta növlərində də yüksəliş dinamikası müşahidə edilib.
Bitkoinin 66 min 976 dollara qədər bahalaşaraq aprel ayındakı rekordunu yeniləməsindən sonra kriptovalyutaların ümumi bazar dəyəri də 2.7 trilyon dolları üstələyib. Bitkoinin bazar dəyəri isə hazırda 1.23 trilyon dollar təşkil edir.
Qeyd edək ki, bitkoinin qiymətinin sürətlə bahalaşmasına baxmayaraq ikinci ən dəyərli kriptovalyuta olan ethereum ilin əvvəlindən bəri daha yaxşı fəaliyyət dinamikasına imza atıb. Belə ki, ethereum-dakı dəyər artımı demək olar ki, 1000% ikən, bitkoində bu göstərici 400% hesablanıb. Ethereum-un bazar dəyəri isə 493 milyard dollar ilə ikinci mövqedədir.
Bizi sosial şəbəkələrdən izləyin!!