Avropa Birliyində fəaliyyətlərini davam etdirən bir neçə tənzimləyici qurum gələn həftə kriptovalyutaların tənzimlənməsini müzakirə etmək üçün bir araya gələcək.
Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskisin verdiyi açıqlamaya görə, iclasda həm bank təmsilçiləri, həm də bazar müfəttişləri iştirak edəcək.
Dombrovskis bu məsələ ilə bağlı aşağıdakı ifadələri səsləndirib:
“Gələn həftə virtual valyutaların müzakirəsi haqqında baş tutacaq görüşə rəhbərlik edəcəm. Komissiyamız toplantıya mərkəzi banklar və bazar müfəttişləri kimi əsas mövqelərdəki vəziəfəliləri və bazar nümayəndələrini fikirlərini bölüşməyə dəvət edib”.
İclasın məqsədi haqqında danışan Dombrovskis bunları bildirib:
“Bu görüşün məqsədi virtual valyutalardakı uzunmüddətli tendensiyalara nəzər salmaq və mövcud tənzimləmələrin məqsədə xidmət edib etmədiyini öyrənməkdir”.
Fransa və Almaniya kimi Avropanın lider dövlətləri kriptovalyutaların daha ətraflı müzakirəsi üçün səlahiyyətlilərə çağırış etmişdi. Ötən həftə baş tutacaq toplantı bu çağırışlara cavab kimi qiymətləndirilir.
Digər tərəfdən, fevralın 26-da təşkil olunacaq bu iclasın ABŞ parlamentinin üzvləri və tənzimləyicilər tərəfindən kriptovalyutalar haqqındakı şərhlərinin nəticəsi olduğunu görürük. Bəzi ABŞ rəsmiləri kriptovalyuta bazarının daha geniş şəkildə idarə edilməsinin vacibliyini bildirərkən, digərləri bu istiqamətdə hər hansı bir addımın yaxın gələcəkdə baş verməyəcəyini qeyd etmişdi.
Toplantıda iştirak edəçək şəxslərin müəyyən bir hissəsinin tənzimləməyə qarşı sərt mövqe tutacağını proqnozlaşdırmaq olar. Avropa Qiymətli Kağızlar və Bazar İdarəsi (ESMA), Avropa Bankçılıq Təşkilatı (EBA) və Avropa Sığorta və Peşə Təqaüdləri İdarəsi (EİOPA) tərəfindən kriptovalyutalarla bağlı edilən açıqlamalar bu proqnozu dəstəkləyir. Ancaq bu təşkilatların nümayəndələrinin iclasa qatılıb qatılmayacağı hələlik məlum deyil.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.