Kriptovalyuta birjaları – rəqəmsal valyutaların bir-biri ilə mübadiləsi və ticarətini həyata keçirən ele platformalardır ki, burda həmçinin bu valyutaları real dünya valyutalarına mübadilə etmək mümkündür. Mübadilə əməliyyatları birbaşa birja iştirakçıları arasında aparılır, sadəcə birjalar onları bir araya gətirməklə hər bir əməliyyatın dürüst keçməsinə “zəmanət verən” qismində çıxış edir. Bu zaman birjaların gəliri hər bir əməliyyat üzrə müəyyən komissiya tutmaqla formalaşır. Bir sözlə kriptobirjalardan istifadə edərək istədiyiniz koinləri almaq, satmaq və ya fiat pullarla mübadilə etmək mümkündür. Həmçinin kriptovalyutaları aldıqdan sonra onları həmin birja hesabında saxlaya bilərsiniz. Bəs kriptobirjaları seçərkən hansı kriteriyalara diqqət etmək lazımdır? Bu kriteriyaları maksimum qısa və aydın şəkildə izah etməyə çalışacam. Başlayaq!
Kriptovalyuta bazarları ənənəvi valyuta bazarlarından əhəmiyyətli dərəcədə fərqlənir. Hazırki inkişaf mərhələsində kriptovalyutaların arxasında heçnə dayanmır və heç bir dövlət tərəfindən dəstəklənmir. Bununla belə bu faktor milyonlarla insanın kriptovalyuta ticarətindən qazanmağına da mane olmur.
2009-cu ildə ilk kriptovalyutanın yaranmasından sonra bazar iştirakçıları öz aralarında yeni valyutanın mübadiləsindən və məzzənə fəqrindən qazanmaq imkanlarını nəzərdən keçirməyə başladılar. Kriptovalyutaya tələbin artması ilə paralel olaraq 2011-ci ildən onların mübadiləsi üçün onlayn platforma-birjalar yaranmağa başladı. Bu birjalar xüsusiyyətinə görə əsasən 2 yerə bölünür:
- Kriptovalyutanın real valyutaya mübadilə edildiyi birjalar
- Bitcoinlərin digər kriptavalyutalara mübadilə edildiyi birjalar
Hazırda 100-dən çox kirptovalyuta birjaları mövcuddur ki, onlardan populyarlığına və dövriyyəsinə görə ən iri birjalar aşağıdakılardır: Bittrex, Binance, Poloniex, Bitstam, Bittrex, Livecon, Coinbase, Gdax, Hitbtc, OkEx, Exmo, Cex.io, Bithumb, Huobi, Koinex, Kraken, YoBit, Liqui, Coinone, Korbit. Birjalar əsasən əlverişli interfeys, çox funksionallıq, komissiya haqqı və etibarlılığına görə bir birindən fərqlənirlər və bu xüsusiyyətlərinə görə də istifadəçilər bazası cəlb edirlər.
Bəs bu birjalardan hansını seçmək lazımdı?
Statistikaya əsasən hazırda kriptobirjalarda gündəlik orta hesabla 300.000-dən çox istifadəçi onlayn qeydiyyatdan keçir. Hətta Çinin ən böyük birjalarından biri olan Binance gündəlik 250.000 istifadəçini qeydiyyat etdiyini və texniki cəhətdən bunu çatdırmadığnı bəyan edərək müvəqqəti qeydiyyatı dayandırmışdı. Əsasən profesional treyderlər və regional birjaların ticarət etdiyi Bitfinex birjası isə 2018-ci ildən etibarən yeni istifadəçilər üçün minimal olaraq 10.000 dollarlıq depozit yerləşdirməyi şərt qoydu. Hər birjanın özünün inkişaf strategiyası var və bu strategiyada edilən dəyişikliklər həmin birjanın yerləşdiyi ölkənin tənzimləmə orqanlarının siyasətindən, istifadəçilərin aktivlik səviyyəsindən, birja administrasiyasının qlobal kripto-sektorda baş verən yeniliklərə individual yanaşmasından aslıdır. Odur ki, birjalarda ticarət olunan valyuta cütlüklərinin sayı, vəsaitlərin mədaxil-məxaric şərtləri və istifadəçilərə tətbiq olunan tələblərin tez-tez dəyişdiyini nəzərə almalısınız. Bu baxımda birja seçərkən aşağıdakı faktorlara diqqət yetirmək lazımdır:
- Reputasiya - Tanımadığınız birjaya vəsait yatırmazdan əvvəl həmin birja haqqında rəyləri oxumaq lazımdır. Birja haqqında məlumat əldə etmək üçün ən yaxşı yol fərdi istifadəçilərin və tanınmış veb-saytların (BitcoinTalk və ya Reddit) rəyləridir.
- Komissiya – Birjalar rəsmi saytlarında cari komissyalari barədə məlumatları dərc edirlər. Odur ki, əməliyat etməzdən əvvəl bunun sizə hansı komissyalara başa gəldiyini qabaqcdan dəqiqləşdirin.
- Ödəniş üsulları – Birjalara mədaxil müxtəlif üsullarla: debt kartlar, bank köçürmləri vasitəsilə, həmçinin müxtəlif kriptovalyutalarla mümkündü. Debt kartla mədaxil zamanı yüksək komissa tutmaqla verifikasiya tələb olunur, bank köçürməsi ilə mədaxil isə 3-5 günə qədər vaxt ala bilər. Elə birjalarda varki orda mədaxil və məxaric yalnız kriptovalyutalarla mümkündür.
- Verifikasiya üçün tələblər – Birjaların böyük əksəriyyəti istifadəçilərinə mədaxil və məxaric əməliyyatlarını rahat etmələri üçün KYC (öz müştərini tanı) verifikasiyasından keçməyi şərt qoyur. Verifikasiya üçün əsas iki sənəd lazımdır: şəxsiyyəti və yaşayış yerini təsdiq edən sənədlər. Bu tələblər əsasən fırıldaqçlıq və çirkli pulların yuylmasının qarşısını almaq üçün tətbiq edilir.
- Mübadilə məzənnəsi – Birjalarda eyni kriptovalyutaların ticarət olunmasına baxmayaraq onların mübadilə məzzənələri bir çox faktorlara (tələb-təklif amili, mənsub olduğu ölkə, istifadəçi sayı, əlverişli interfeys və s) görə bir-birindən fərqlənir. Bunun üçün müyyən standart yoxdu lakin ümumi götürsək məzzənə fərqi 4-10% aralığında dəyişir.
- Coğrafi mövqe – Bəzən birjalar tərəfindən təqdim edilən istifadəçi funksiyaları müəyyən ölkələr üçün aktiv olmur. Bunun üçün müxtəlif səbəblər ola bilər. Odurki yerləşdiyiniz ölkədə qeydiyyatdan keçdiyiniz zaman əmin olun ki, birjanın təqdim etdiyi instrument və funksiyalardan tam istifadə imkanlarınız olacaq.
Elnur Quliyev
Crypto Consulting / www.kriptoinvest.az