Kredit verməyən bankların sayı artır | Banco.az

Kredit verməyən bankların sayı artır

Banklar pul satan müəssisələrdir. Onların əsas gəlirləri pul ilə bağlı xidmətlərdən formalaşır.

Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatıdır. 

Ən sadə dil ilə desək, bank depozit cəlb edən və kredit verən təşkilatdır.

Banklar haqqında ilkin məlumatlardan da aydın olduğu kimi, bankların təməl funksiyalarından biri müştərilərə müxtəlif növ kredit məhsulları təklif etməkdir.

Lakin, hazırda ölkəmizin bir sıra bankları bu fəaliyyətlərini dayandırıblar. Artıq bir neçə aydır ki, bu banklara kredit əldə etmək üçün müraciət edən müştərilər bankı əliboş tərk etməli olurlar. Banklardan aldığımız məlumat əsasında məlum oldu ki, onların təxminən yarısı istehlak kreditinin verilişini tamamilə dayandırıb.

Banco.az-ın verdiyi xəbərə görə hal-hazırda istehlak kreditinin verilişini dayandıran 12 bank bunlardır:

Həmçinin bax: Hansı banklar kredit verir?

BANK

AGBank

Amrahbank

ASB Bank

Atabank

Bank Respublika

Bank Silk Way

Muğanbank

Gunay Bank

NBC Bank

Nikoil Bank

VTB Bank Azərbaycan

Xalq Bank

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən bankların məlumat mərkəzləri ilə əlaqə yaradaraq bunun səbəbini soruşduqda, müxtəlif açıqlamalar eşitdik.

Bəzi banklar  kredit şərtlərində yenilənmə prosesi olduğuna görə, kredit verilməsinin müvəqqəti olaraq dayandırıldığını dedi.

Bəzi banklar  hal-hazırda yeni məhsulların hazırlandığını və bunun üçün kreditlərin rəsmiləşdirilməsinin müvəqqəti olaraq dayandırıldığını, bəziləri isə bankdaxili qaydalarla əlaqədar olduğunu və yaxın müddətdə bərpa olunacağını bildirdi.