Kredit şərtləri sərtəşdirildikdən sonra, kreditlərin faizləri nisbətən daha aşağı düşüb, banklar müştərilərə nisbətən daha sərfəli şərtlərlə kredit verməyə başlamışdır. Amma yenə də kredit şərtlərinizdən asılı olaraq, nə qədər faiz ödəyəcəyinizi bilmək yəqin ki, sizə də maraqlı olar.
Kreditlərə görə edəcəyiniz ödənişləri banka getməkdən öncə hesablamaq sizə öz xərclərinizi planlaşdırmaq üçün olduqca faydalı olacaq.
Bu zaman heç də hər kəs uzun-uzadı faiz düsturları ilə hesablama aparmağa maraqlı olmur, nə də ki buna vaxt sərf etmək mütləq deyil. Bu yorucu işi sizin əvəzinizə kredit kalkulyatorları həyata keçirə bilər.
Bundan ötrü hansı məbləği götürmək istədiyinizi və ödənişləri neçə ay etmək istədiyinizi seçməlisiniz. Sizə sərf edən bank faizini tapdıqdan sonra isə aylıq ödənişlərin miqdarını, cəmi kredit faizlərini və ümumi məbləği tapa bilərsiniz.
Aylıq kredit ödənişlərinizi hesablamaq üçün Banco.az saytı sizə öz Kredit kalkulyatorunu təqdim edir.
Sadəcə müvafiq xanaları doldurun və hesabla düyməsini “klik” edin.