Banklar kredit risklərini azaltmaq üçün krediti götürən şəxsdən bir sıra şərtlər (iş stajı, yaş həddi, zamin, girov və s.) tələb edirlər. Bu şərtlərdən biri də əmək haqqı limitidir. Kredit almaq üçün gəlirimiz bankların tələb etdiyi minimum limitdən aşağı olmamalıdır. Adətən bu limiti banklar yaşayış minimumu ilə eyniləşdirirlər. Ən az maaş tələbi Unibank və Kapital Bankdadır. Ziraat Bankdan isə siz 1500 AZN gəlir əldə etdiyiniz halda nağd pul krediti götürə bilərsiniz.
Nağd pul krediti əldə etmək üçün bankların minimum maaş tələbi ilə ətraflı cədvəldən tanış ola bilərsiniz.
Banklar |
Minimum tələb olunan maaş (nağd pul krediti üçün) |
Unibank |
100 |
Kapital Bank* |
100 |
Beynəlxalq Bank |
180 |
Bank BTB |
180 |
AccessBank |
230 |
ASB |
250 |
Turanbank |
250 |
Yapı Kredi Bank |
250 |
Bank VTB |
270 |
AFB Bank |
300 |
AtaBank |
300 |
Bank Avrasiya |
300 |
NBCBank |
360 |
Naxçıvan Bank** |
450-500 |
Ziraat Bank |
1500 |
Xalq Bank |
fərdi baxılır |
Amrahbank |
yoxdur |
Azər Türk Bank |
yoxdur |
Bank of Baku |
yoxdur |
Bank Respublika |
yoxdur |
Expressbank |
yoxdur |
Nikoil Bank |
yoxdur |
Paşa Bank |
yoxdur |
Rabitəbank |
yoxdur |
*Cədvəldə qeyd olunan minimum tələb olunan maaş dövlət sektoru üçün keçərlidir. Özəl sektor üçün minimum tələb 180 AZN-dir.
** Qeyd olunan məbləğ Bakı filialı üçündür. Naxçıvan MR-da bu məbləğ 200 AZN-dir.
Tərlan Qəhrəmanova, Banco.az