Kosmosda peyki olan ölkələr - SİYAHI | Banco.az

Kosmosda peyki olan ölkələr - SİYAHI

1957-ci il oktyabrın 4-də Sovet İttifaqı kosmosa ilk süni peyk göndərib.

Həmin peyk Yerin atmosfer qatlarının sıxlığı, ionosferdə radiosiqnalların çatdırılması sürətini və texniki detalların dəqiqləşdirilməsi üçün önəmli məlumatlar əldə etmişdi.

O vaxtdan sonra daha 7 min süni peyk kosmosa göndərilib. 

İndi onlar arasında Azərbaycana məxsus 2 süni peyk də var - “Azerspace-1 və “Azerspace-2”. 

Dünya və MDB məkanındakı süni peyklər barədə statistikanı təqdim edirik.

Süni peyklər həm kommersiya, həm də hərbi məqsədlər üçün istifadə olunur. Hərbi peyklər kəşfiyyat və naviqasiya, həmçinin, radioəlaqə, hökumət peykləri meteorologiya və elmi müşahidələr, kommersiya peykləri yayım və əlaqə, mülki peyklər isə akademik institutlar və biznesmenin öz maraqları üçün istifadə olunur.

Maraqlıdır ki, Yerin ətraflında fırlanan 7 min peykdən yalnız 1400-ü işləkdir. Qalan 6 min peykin istifadə müddəti bitdiyi üçün onları “kosmik zibil” sayırlar.

Ən sərfəli kredit üçün müraciət et

Dünyada ən çox süni peykə malik ölkələr sırasında ABŞ (1619), Rusiya (1507), Çin (312), Yaponiya (173), Hindistan (88), Fransa (68) və Kanada (48) yer alıb.

Maraqlıdır ki, MDB ölkələri arasında Azərbaycan süni peyklərinin sayına görə Belarusla 4-5-ci pillələri bölüşür.

Bu göstəriciyə görə MDB-dən Rusiya (1507), Ukrayna (6), Qazaxıstan (6), Azərbaycan (2), Belarus (2) və Türkmənistan (1) müvafiq yerlərdə qərarlaşıb.

Digər MDB ölkələri də kosmosa süni peyk yollamaq barədə düşünüblər, amma maliyyə vasitələrinin çatışmazlığı onlara bunu həyata keçirməkdə mane olub.  

Modern.az