Kitab oxuma vərdişini qazanmaq üçün 5 məsləhət | Banco.az

Kitab oxuma vərdişini qazanmaq üçün 5 məsləhət

Kitab oxumama halı yaradıcılıqdan uzaq, özünü inkişaf etdirə bilməyən, həyata dair fərqli baxış tərzi qazana bilməyən insanları ortaya çıxarır. Kitab oxuma vərdişi qazanmaq istəyən insan ilk əvvəl bu mühakiməni qəbul etməli və kitab oxuma vərdişinin əsl bir qazanc olduğuna inanmalıdır.

Bəs, kitab oxuma vərdişi və mədəniyyətini necə əldə edə bilərik? Bu suala 5 məsləhətlə cavab verməyə çalışacağıq.

1) Boş vaxtlarınızda nə edirsiniz?

Boş vaxtlarınızda yarım saatlıq qısa intervallarla bloq, məqalə, qəzet, jurnal və kitab oxumaq ilk əvvəl sizin üçün kiçik bir günlük fəaliyyətə çevriləcək və oxuma vərdişinizi inkişaf etdirəcəkdir. Daha sonralar, daha böyük həcmli kitablar oxumaq istiqamətində mədəniyyətiniz yaranmağa başlayacaqdır.

2) Özünüzü motivasiya edin.

Bu vərdişi özünüzə qazandıra bilməyiniz üçün bəzi hədəflər müəyyənləşdirin. Məsələn, həftəlik 200 səhifə kitab oxumaq kimi özünüzə hədəflər qoyun.

Ən sərfəli kredit üçün müraciət et

3) Fərqli ol.

Kitab mədəniyyətini özünüz müəyyənləşdirin. Hamı dünya klassiklərini və ya bestseller kitablar oxuyur deyə sizin də onları oxumağınız vacib deyil.

4) Kitab dostluqlarınız olsun.

“Mən bu vərdişi necə əldə edə bilərəm” deyə sual verdiyinizdə bu mövzuda sizə tövsiyyələr verə biləcək, oxuduqlarınızı paylaşa biləcəyiniz və fikir mübadiləsi edə biləcəyiniz kitab dostunuz olmalıdır.

5) Bəhanələrlə vaxt itirmək yerinə o vaxtı kitab oxumağa ayırın.

Böyük uğurların önündəki ən böyük maneələrdən biri də oxuma vərdişini qazana bilməməkdir. İndi, bəhanələrlə bağlı bütün düşüncələrinizin üzərinə yeni bir ağ səhifə çəkin və sabah nə oxuyacağınıza qərar verin.

moneta.az