İqtisadçı ekspert Samir Əliyev dollar kreditlərinin verilməsi qaydaları barədə açıqlama verib:
Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi. Bununla da Palata xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratorium aradan qalxdı. Mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək.
Bəs, kimlər xarici valyutada istehlak krediti ala biləcək?
1. Xarici valyutada gəlirləri olan şəxslər;
2. Banklarda xarici valyutalarda əmanətləri olan şəxslərÖlkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar..
Ən sərfəli kredit üçün müraciət et Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər.
Palata həmçinin xarici valyutada ipoteka kreditlərinin verilməsini qadağan edilib.
Palata xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilir. Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq.