Meksikalı məşhur iş adamı Carlos Slim Helu yenidən dünyanın ən zəngin adamı olur. Forbes-in proqnozlarına görə Slimin sərvəti 78,5 milyard dollara çataraq, 78,9 milyard dollarla dünyanın ən zəngini Bill Gatesə çox yaxınlaşdı. Slimin ən böyük şirkəti olan telefon divası America Movil-in ABŞ və Meksika birjalarındakı hissələrində müşahidə edilən yüksəliş sərvətin artımına təsir elədi.
Slimin sərvəti 1-11 iyul tarıxləri arasında 74,5 milyard dollardan 78,5 milyard dollara çıxdı.
America Movil, Meksikanın mobil bazarının 70%-ni əlində saxlayır.
Günel Abduraxmanova / Banco.az