Kapital Bank-da yeni təyinat olub.
Banco.az-ın əldə etdiyi məlumata görə, Kapital Bank-ın marketinq departamentində yeni təyinat olub.
Ələkbər Eyvazlı, Marketinq Departamentinin Rəqəmsal Marketinq Meneceri vəzifəsinə təyin edilib. O, Bankın rəqəmsal marketinq fəaliyyətinə rəhbərlik edəcək.
Ankara Universitetinin məzunu olan Ələkbər Eyvazlı, bundan əvvəl bir sıra aparıcı şirkətlərdə o cümlədən, Samsung Electronics, Finca Azerbaijan, Qatar Airways və Azersun Holding-də Marketinq və Elektron kommersiya sahəsi üzrə müxtəlif aparıcı vəzifələrdə çalışmışdır.